Modern.az

Naxçıvanda Mənsum İbrahimovun yubileyi qeyd olunacaq

Naxçıvanda Mənsum İbrahimovun yubileyi qeyd olunacaq

Mədəniyyət

7 Oktyabr 2025, 11:48

Xalq artisti, “Şöhrət” və "Şərəf" ordenli xanəndə Mənsum İbrahimovun 65 illik yubileyi ilə bağlı tədbirlər davam edir.

Modern.az xəbər verir ki, bu qəbildən növbəti tədbir Naxçıvan şəhərində keçiriləcək. Görkəmli muğam ifaçısı oktyabrın 8-də naxçıvanlı musiqisevərlərlə bir araya gələcək. Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında baş tutacaq yubiley tədbiri saat 18.00 da başlayacaq.

Konsertdə Xalq artisti Elçin Həşimov, Əməkdar artistlər Elnur Əhmədov, Nuriyyə Hüseynova, Təyyar Bayramov, Elnur Zeynalov, sevilən ifaçılar Güllü Muradova və Gülzar Fərəcova da iştirak edəcək.

Qeyd edək ki, 1960-cı ildə Ağdam rayonunun İmamqulubəyli kəndində doğulan Mənsum İbrahimovun oktyabrın 1-də 65 yaşı tamam olub. O, Azərbaycan muğam sənətinin mahir ifaçılarından biri sayılır.

Prezident mükafatçısı, Azərbaycan Milli Konservatoriyasının professoru, Konservatoriyanın Muğam kafedrasının müdiri olan Mənsum İbrahimov Azərbaycan musiqisinin inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İlham Əliyev buna görə Putinə zəng etdi