Modern.az

Ortaq Türk Əlifbasının hərfləri - Gələcəyin açarı - FOTO

Ortaq Türk Əlifbasının hərfləri - Gələcəyin açarı - FOTO

Mədəniyyət

8 Oktyabr 2025, 09:42

Oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib.

Zirvə Görüşündə ortaq türk əlifbası ilə çap olunmuş ilk kitablardan da bəhs olunub. Məlum olub ki, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən məşhur qırğız yazıçı Çingiz Aytmatovun əsərlərinə həsr olunan “Cengiz Aytmatov” adlı yeni nəşr ortaq əlifba ilə Qırğızca və Türkcə versiyada işıq üzü görüb. Bununla yanaşı, ortaq mədəni irsimiz sayılan “Oğuznamələr” də eyni əlifba ilə çapa hazırlanıb.

Modern.az-ın məlumatına görə, Ortaq Türk Əlifbası 34 hərfdən ibarətdir. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası Ortaq Türk Əlifbasını ötən ilin sentyabrında Bakıda razılaşdırıblar.

Komissiyanın qənaətinə görə,ortaq əlifbadakı 29 hərf türk dilində sözlərin səs görünüşünü çatdırır, 5 hərf isə (Q, X, Ň, Ə, Ŭ) digər türk dillərinin zənginliyini əks etdirir.

Mövzunun aktuallığını nəzərə alaraq Ortaq Türk Əlifbasının hərflərini bir daha diqqətinizə çatdırırıq:


 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan DƏHŞƏTLİ HÜCUM - Rus ordusu xeyli itki verdi