Macar yazıçı Laszlo Krasznahorkai 2025-ci il Ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü.
Modern.az xəbər verir ki, 2025-ci il Ədəbiyyat üzrə Nobel mükafatı macar yazıçı Laszlo Krasznahorkaiyə təqdim olunub. İsveç Akademiyasının açıqlamasında bildirilir ki, müəllif bu mükafata “apokaliptik qorxu içində belə, incəsənətin gücünü təsdiqləyən təsirli və vizioner yaradıcılığına görə” layiq görülüb.
Laszlo Krasznahorkai Mərkəzi Avropa ədəbi ənənəsinin böyük epik yazıçılarından biri sayılır. Onun yaradıcılığı Franz Kafkadan Thomas Bernharda qədər uzanan xəttin davamı kimi absurdizm və qrotesk elementləri ilə səciyyələnir.
Eyni zamanda, yazıçının əsərlərində Şərq düşüncəsinə yönələn, daha təfəkkürlü və incə tonlara malik yanaşma da müşahidə olunur. Bu, onun yaradıcılığını həm fəlsəfi dərinlik, həm də ədəbi orijinallıq baxımından fərqləndirir.