Modern.az

Əminə Yusifqızı “Qurd qapısı" qəbiristanlığında dəfn olundu

Əminə Yusifqızı “Qurd qapısı" qəbiristanlığında dəfn olundu

Mədəniyyət

10 Oktyabr 2025, 16:00

Oktyabrın 10-da Xalq artisti Əminə Yusifqızı Bakının Yasamal rayonunda, “Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

Modern.az xəbər verir ki, dəfn mərasimində Xalq artistinin ailə üzvləri, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

11:53

Oktyabrın 10-da Təzəpir məscidində Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi keçirilib.

Modern.az xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, mərhumun ailə üzvləri, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov bildirib ki, Əminə Yusifqızı həm gözəl sənətkar, həm də gözəl insan olub. Qeyd edib ki, onun yaradıcılığı və insani keyfiyyətləri həmişə yaddaşımızda yaşayacaq.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxışında Əminə Yusifqızının Azərbaycan musiqi və mədəniyyətinə misilsiz töhfələr verdiyini deyib.

Mərasimdə mərhumun sənət dostları — Xalq artistləri Şəfiqə Məmmədova, Şüküfə Yusupova, Təranə Muradova, Yeganə Axundova, Hacı İsmayılov, Əməkdar artist Brilyant Dadaşova, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Əminə Yusifqızı ilə bağlı xatirələrini bölüşüblər. Diqqətə çatdırılıb ki, Əminə xanım həm böyük sənətkar, həm də səmimi və mehriban insan idi. Onun səsi, ifası və yaradıcılığı xalqımızın yaddaşında dərin iz buraxıb.

Bildirilib ki, Əminə xanım xalqımızın sevgisini qazanmış nadir sənətkarlardandır. Onun şeirləri və yaradıcılığı hər kəsin yaddaşında əbədi qalacaq.

Qeyd edək ki, Əminə Yusifqızı "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

***

09:44

Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Mərasim bu gün saat 12:00-da Təzəpir məscidində baş tutacaq.

Qeyd edək ki, Xalq artisti ötən gün 89 yaşında vəfat edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin Paşinyanla mübahisə etdi