Modern.az

Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri keçiriləcək

Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri keçiriləcək

Mədəniyyət

10 Oktyabr 2025, 16:35

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 13-15-də ölkəmizdə - Bakı və Gəncədə Türkmənistan Mədəniyyəti Günləri keçiriləcək.

Nazirlikdən Modern.az-a bildirilib ki, bu münasibətlə qardaş ölkənin mədəniyyət xadimləri və incəsənət ustalarından ibarət geniş nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Mədəniyyət günləri çərçivəsində Türkmənistanın musiqisi, dekorativ-tətbiqi sənəti, muzey eksponatları və mətbəx nümunələrinin geniş təqdimatı olacaq.

Bundan əlavə, Azərbaycan Milli Kitabxanasında “Türkmənistan ədəbiyyatı guşəsi”nin də açılışı nəzərdə tutulur.

Türkmənistan Mədəniyyəti Günləri xalqlarımızın daha da yaxınlaşmasına və mədəni əlaqələrin inkişafına mühüm töhfə olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin Paşinyanla mübahisə etdi