Modern.az

Azərbaycanlı rejissor beynəlxalq film festivalında mükafata layiq görüldü

Azərbaycanlı rejissor beynəlxalq film festivalında mükafata layiq görüldü

Mədəniyyət

13 Oktyabr 2025, 14:54

Azərbaycanlı rejissor Suad Qaranın ötən həftə Özbəkistanın Buxara Biennalesində təqdim olunan yeni filmi "Requiem for the Caspian" Neapolda keçirilən “Pianeta Mare Film Festivalı”nda Gənc Münsiflər Heyəti tərəfindən “Xüsusi Fərqlənmə” mükafatına layiq görülüb.

Modern.az-ın məlumatına görə, qısametrajlı film Xəzər dənizinin su səviyyəsinin sürətlə azalmasının nəticələrini poetik dillə tədqiq edir. Azərbaycan, Böyük Britaniya və İtaliyanın birgə istehsalı olan ekran işi Zeitgeist19 Fondu tərəfindən istehsal olunub.

Filmin rejissoru Suad Qara, ssenari müəllifləri Suad Qara və Almagül Menlibayeva, prodüseri Fərəh Piriyə Koen, bəstəkarı Eucenio Mazzetto, operatoru Alisa Tareliçeva, montaj rejissoru isə Rinat Bekçintayevdir.

Məlumat üçün bildirək ki, “Pianeta Mare Film Festivalı” hər il İtaliyanın Neapol şəhərində keçirilir. Festival okean, su və ətraf mühitin davamlılığını araşdıran filmləri təqdim edir. O, Avropanın aparıcı dəniz tədqiqat institutlarından biri olan tarixi Stazione Zoologica Anton Dohrn ilə əməkdaşlıqda yaradılıb və Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsi (SDSN) tərəfindən dəstəklənir.

Festival kino, elm və ekoloji fəallıq arasında körpü rolunu oynayaraq, innovativ hekayə və vizual dil vasitəsilə dəniz biomüxtəlifliyi, iqlim dəyişikliyi və təbiətlə insanın kollektiv əlaqəsini əks etdirən beynəlxalq filmləri təqdim edir.

1469194

Şəkil1: Filmin posteri

Sizə yeni x var
Keçid et
Putindən Azərbaycana RUSDİLLİ ÖLKƏ damğası