Modern.az

Natiq Şirinov məhkəmədə uduzub? - Özü açıqladı

Natiq Şirinov məhkəmədə uduzub? - Özü açıqladı

Mədəniyyət

14 Oktyabr 2025, 20:12

Xalq artisti Natiq Şirinovun məhkəmədə uduzması barədə xəbərlərə münasibət bildirib.

Modern.az xəbər verir ki, o, məlumatların tamamilə yalan olduğunu bildirib.

"Azərbaycan Respublikasının Ali Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli rəsmi qərarına əsasən:

“Qavaldaş nağara” təsviri sənət əsərinin müəllifi və hüquq sahibi kimi mən, Natiq Şirinov, tanınmışam. Məhkəmə yalnız “üzr istəmə” bəndini ləğv edib.

Qalan bütün hissələr — cərimə, Qavaldaşın məhv edilməsi və müəlliflik hüquqlarının bərpası — qüvvədə saxlanılıb.

Mən susuram, çünki ədalət artıq danışıb.

Həqiqət gizlədilə bilər, amma inkar edilə bilməz. Ədalət heç vaxt susmur, sadəcə doğru anı gözləyir.

Mən bu sənət əsərini şəxsi mənfəət üçün yox, xalqın ritmini yaşatmaq üçün yaratdım.

Bu əsərdən faydalanmaq istəyən hər kəs qanuni və etik çərçivədə, icazə ilə istifadə etməlidir.

Çünki sənət mülkiyyət deyil, məsuliyyətdir", - Xalq artisti qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin tüstüləndi - NATO bu raketləri Ukraynaya göndərir