Xalq artisti Ramiz Quliyevin vəfatı xalqımız üçün, mədəniyyətimiz üçün böyük itkidir.
Modern.az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev Xalq artisti Ramiz Quliyevlə vida mərasimində deyib.
Nazirlik rəsmisi Xalq artistinin Azərbaycan musiqisinin tanıdılmasında əvəzsiz xidmətlərinin olduğunu qeyd edib.
“O öz peşakar ifası ilə Azərbaycan milli musiqisini dünya arenasında təbliğ edib. Yüzlərlə tələbə yetişdirib. Çox yüksək pedoqoji qabiliyyəti vardı. Əminəm ki, Ramiz Quliyevin tələbələri onun mədəni irsini daim yaşadacaq”, - o əlavə edib.