Bu gün Ramiz Quliyevi həm övladı, həm dostu, həm də tələbəsi kimi yola salıram.
Modern.az xəbər verir ki, bunu Əməkdar artist Əyyub Quliyev Xalq artisti Ramiz Quliyevlə vida mərasimində deyib.
Əyyub Quliyev Xalq artistinin xətsəliklə mübarizə aparmasına toxunub.
“Azərbaycan xalqı üçün böyük itkidir. Biz ümid edirdik ki, xəstəliklə mübarizədən qalib gələcək, amma olmadı”.
Əyyub Quliyev Xalq artistinin səhhətinə yüksək diqqətə görə Prezident İlham Əliyevə, vitse-prezident Mehriban Əliyevaya, Heydər Əliyev Fonduna təşəkkür edib.