Modern.az

Aşıq Yadigar xəstəxanada infeksiyaya YOLUXUB

Aşıq Yadigar xəstəxanada infeksiyaya YOLUXUB

Mədəniyyət

16 Oktyabr 2025, 14:30

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun vəziyyəti ağırdır.

Onun oğlu Yaşar Muradov Modern.az-a açıqlamasında bildirib ki, sənətçi xəstəxanada infeksiyaya yoluxub.  

“Hazırda atamın vəziyyəti ağırdır. Təzyiqi düşüb, yüksək qızdırması var. Mərkəzi Klinika Xəstəxanada infeksiyaya yoluxub. Reanimasiya şəraitində müalicəsi davam edir”.

“Hazırda müraciət etdiyimiz əsas xəstəlik kənarda qalıb, həkimlər atamın yoluxduğu infeksiyanın müalicəsinə çalışırlar. Vəziyyəti ağırdır. Həkimlər cəhd edir ki, qanını yusunlar. Qanı yuyulduqdan sonrakı mərhələni gözləyirik” – deyə o qeyd edib. 

Sizə yeni x var
Keçid et
Rusiya Əli Kərimliyə bu göstərişi verib - ŞOK DETALLAR üzə çıxdı