Modern.az

Qazaxıstanın Füzulidə tikdirdiyi mərkəzdə 100 uşaq TƏHSİL ALIR

Qazaxıstanın Füzulidə tikdirdiyi mərkəzdə 100 uşaq TƏHSİL ALIR

Mədəniyyət

18 Oktyabr 2025, 11:20

Qazaxıstanın Füzulidə inşa etdirdiyi yaradıcılıq mərkəzində 100 uşaq təhsil alır.

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bunu "Kazinforma" müsahibəsi zamanı bildirib.

"Qazaxıstana azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşasına görə təşəkkürümü bildirirəm. Hazırda burada təxminən 100 uşaq təhsil alır və bu mərkəz mühüm mədəni-maarif müəssisəsinə çevrilib" - deyə Prezident vurğulayıb.

Qeyd edək ki, ötən il martın 12-də  Prezident İlham Əliyev və Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak edərək, burada təhsil alacaq uşaqlarla görüşüblər.

Bu mərkəz işğaldan azad edilən ərazilərdə incəsənət təhsilinin başladığı ilk tədris ocağıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ