Modern.az

Mirzə Cəlilin barelyefində “Azərbaycan” sözü bərpa olundu

Mirzə Cəlilin barelyefində “Azərbaycan” sözü bərpa olundu

Mədəniyyət

25 Oktyabr 2025, 12:59

Tbilisidə Cəlil Məmmədquluzadənin barelyefinə müdaxilə aradan qaldırılıb.

Modern.az xəbər verir ki, xatirə lövhəsindəki “Azərbaycanın” yazısı üzərindəki ağ cızıqlar xüsusi məhlulla silinib.

Yazının bərpası Azərbaycanın Gürcüstandakı səfirliyi və Cəlil Məmmədquluzadənin ev-muzeyinə ictimai nəzarət həyata keçirən Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurası tərəfindən həyata keçirilib.

Muzeyin yerləşdiyi ərazidə təhlükəsizlik kameraları olmadığından yazının kimin tərəfindən silindiyini müəyyənləşdirmək mümkün olmayıb.

Qeyd edək ki, ev-muzeyinin yerləşdiyi binanın 2007-ci ildən mədəni irs abidəsi statusu var. Gürcüstanda bu cür tikililərin fasadlarına istənilən növ yazıların qanunsuz yazılmasına və “qrafiti”lərin çəkilməsinə görə 2 min lari məbləğində (1 250 AZN) cərimə tətbiq olunur. (Mənbə: APA)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mehdiyev olayıyla bağlı ŞOK - 200-ə yaxın adam istintaqa çağırıldı