Modern.az

Allahşükür Paşazadə Roma Papası ilə görüşəcək

Allahşükür Paşazadə Roma Papası ilə görüşəcək

Mədəniyyət

27 Oktyabr 2025, 10:47

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 27-də Vatikana səfər edəcək.

Bu barədə Modern.az QMİ-dən məlumat verilib.

Şeyxülislam Allahşükür Paşazadə oktyabr ayının 28-də Dinlərarası Dialoq Dikasteriyası Xristian Birliyinin Təşviqi Dikasteriyası ilə birgə Nostra Aetate sənədini təqdir etmək, eləcə də sülh və barışıq, dinlərarası dialoqun zəruri əhəmiyyətini bir daha təsdiqləmək üçün nəzərdə tutulmuş silsilə tədbirlərdə iştirak edəcək.

Səfər çərçivəsində QMİ sədrinin Roma Papası XIV Leo, Vatikan rəsmiləri, müxtəlif dini konfessiyaların tanınmış din xadimləri, o cümlədən, müsəlman dünyasının tanınmış dini liderləri ilə görüşləri nəzərdə tutulur.

Whatsapp
Bizə yazın!
Keçid et
Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı