Modern.az

"Yeddi Gözəl"in səsi ilə Zəfər Dastanı Ankarada səslənəcək

"Yeddi Gözəl"in səsi ilə Zəfər Dastanı Ankarada səslənəcək

Mədəniyyət

2 Noyabr 2025, 09:32

8 noyabr 2025-ci il tarixində Ankarada Türk dünyasının tanınmış qadın musiqiçilərinin iştirakı ilə möhtəşəm konsert keçiriləcək.

 

Modern.az xəbər verir ki, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq bu bədii tədbir Azərbaycanın Zəfər Bayramının 5-ci ildönümünə həsr olunub.


“Zəfər Dastanı – Yeddi Gözəl’in Səsiylə” adlı bu konsert layihəsinin musiqi rəhbəri Azərbaycanın əməkdar artisti Turan Manafzadə, aparıcısı isə tanınmış sənətkar İslam Manafov olacaq.

 

Səhnədə Türk dünyasının istedadlı qadın ifaçıları bir araya gələcək: baş skripkaçı Selbi Kadırova, skripkaçılar Vlada Melikova, Maiya Medetbek və Kanysh Nurdi, violonçel ifaçıları Grit Reka Vass və Firuze Rustaii.

 

Konsert CSO ADA ANKARA-nın Tarixi Salonunda saat 20:00-da başlayacaq. Tamaşaçılar biletlərini biletinial.com üzərindən əldə edə bilərlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏLƏR - Əhali qaranlığa qərq oldu