Modern.az

Cəbrayıl şəhər məscidi belə tikiləcək - FOTO

Cəbrayıl şəhər məscidi belə tikiləcək - FOTO

Mədəniyyət

3 Noyabr 2025, 11:16

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 28-də təməlini qoyduğu Cəbrayıl şəhər məscidinin ilkin layihəsi məlum olub.

Modern.az-ın məlumatına görə, məscidin ümumi sahəsi 1530 kvadratmetrdən çox olacaq.

Burada eyni vaxtda 615 nəfər ibadət edə biləcək.

İkimərtəbəli məscid binasında eyni anda kişilərin və qadınların ibadət etmələri üçün şərait olacaq. Məsciddə icma zalı, avtomobil dayanacağı, söhbətgah yaradılacaq. Məscidin minarələrinin hündürlüyü 34,2 metr, günbəzin hündürlüyü isə 22,6 metr olacaq.

 

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır