274 il əvvəl Qarabağ hökmdarı Pənahəli xan tərəfindən tikilmiş Əsgəran qalası bərpadan sonra ziyarət üçün yenidən açılıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Anadolu Agentliyinin Azərbaycanın işğal olunmuş əraziləri barədə reportajında deyilir.
Qardaş ölkənin aparıcı media orqanlarından biri erməni işğalı illərində tarixi qalanın baxımsız vəziyyətinə diqqət çəkib.
Reportajda deyilir: “Azərbaycanın Qarabağ müharibəsində Zəfərindən sonra qalanın bərpasına başlanılıb və işlərin əksəriyyəti artıq başa çatıb. Bu gün Əsgərandakı qala bir daha Azərbaycan sakinlərini və qonaqları əvvəlki əzəməti ilə sevindirir”.
Agentlik qeyd edir ki, 1751-ci ildə müdafiə məqsədilə tikilmiş qala divarlarının hündürlüyü bəzi yerlərdə 12, eni isə iki metrə çatır.
Reportajda, həmçinin Azərbaycanın bərpa olunmuş tarixi irs obyektinin illüstrasiyaları da yer alıb.