Türkiyənin məşhur aktrisası Özgü Namalın maşını ağır yol qəzasına uğrayıb.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, qəza zamanı aktrisa iki övladı ilə birgə olub.
Hadisə İstanbul Beykoz istiqamətində baş verib. Özgü Namalın avtomobili başqa bir maşına çırpılıb. Aktrisa “Kıskanmak” serialının çəkilişlərinə gedirmiş. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Yaralanan aktrisa, oğlu və qızı ilkin tibbi müdaxilədən sonra xəstəxanaya aparılıb. Onların həkim nəzarətinə götürüldüyü bildirilir.
Qeyd edək ki, Özgü Namal azərbaycanlı tamaşaçılara məşhur “Kurtlar vadisi” serialından Elif obrazı ilə tanışdır.