"Bu Şəhərdə" teatrının "Ev Dar" adlı konsertində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla bağlı səhnəciyə də yer verilməsi və onun parodiya olunması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimovun 15 noyabrda Heydər Əliyev Sarayında təqdim etdikləri proqramda yer alan həmin epizodun videoyazısı sosial şəbəkələrdə geniş reaksiyalara, narazılığa səbəb olub.
Böyük əksəriyyət "Bu Şəhərdə"ni qınayıb.
Modern.az xəbərə verir ki, “Bu şəhərdə”nin prodüseri və ssenaristi Müşfiq Abbasov məsələ ilə bağlı Ölkə.az-a açıqlamasında Heydər Əliyev Sarayına gələn tamaşaçıları təhqir edib. O bildirib ki, hansısa axmaq zaldan səhnəciyin bir hissəsini çəkib:
"Halbuki çəkiliş qadağandır. Haqqımıza giriblər. Konsertin montajdan sonra tam versiyasını Qurban Qurbanova göstərib onun fikrini öyrənərsiniz. Kimlərsə ona fikir bildirirlərsə, fikirlər bizə maraqlı deyil".