Modern.az

300 il nəşi çürüməyən Diri Baba - GÖRÜNTÜ

300 il nəşi çürüməyən Diri Baba - GÖRÜNTÜ

Mədəniyyət

18 Noyabr 2025, 11:52

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Qobustan şəhərindəki "Diri Baba" memarlıq abidəsinə mediatur təşkil edilib.

Modern.az xəbər verir ki, 623 yaşlı türbə XIII-XIV əsrlərdə yaşamış sonradan "Diri Baba" (Pir Mərzə) adlandırılan sufi şeyxinin adını daşıyır.

Abidə 1402-ci ildə (hicri təqvimlə 805-ci il) Şirvanşahlar dövlətinin hökmdarı Şirvanşah İbrahimin (1382-1417) göstərişi ilə tikilib. 

Memarı Ustad bin Hacı (Ustad Hacı oğlu) olan türbə, rəvayətə görə, XIII-XIV əsrlərdə yaşamış həmən şeyxin adına tikilib.

Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Abidələrin mühafizəsi və idarəedilməsi sektorunun müdiri Yusif Məmmədov tikili haqda məlumat verib.

O qeyd edib ki, sufinin 300 ildən çox muddətdə çürüməyən cəsədi rus istilaçılardan mühafizə etmək məqsədi ilə gizli dəfn edilib.

Tikilidə yerli sakinlər bələdçilik və digər xidmətlər göstərirlər.

Dağ relyefinə uyğunlaşdırılması, günbəzli quruluşa malik olmasına baxmayaraq, hücrələrinin dördkünc olması türbənin əsas özəlliyidir.

"Diri Baba" abidəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 yanvar 2022-ci ili  tarixli 76s nömrəli Sərəncamının 1-ci bəndinə əsasən Dövlət Turizm Agentliyinin balansına verilib. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 12 avqust 2022-ci ildə türbədə turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri ilə tanış olublar.

Cavid Zahidoğlu

1478605

1478606

1478607

1478608

14786091478610

 

 

Cavid Zahidoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır