Modern.az

Aşıq Yadigarla yeni layihə haqqında danışmışdıq - "Qulp"un rəhbəri

Aşıq Yadigarla yeni layihə haqqında danışmışdıq - "Qulp"un rəhbəri

Mədəniyyət

18 Noyabr 2025, 12:52

"Yadigar Muradovla komaya düşməzdən əvvəl Şuşa teatrında görüşmüşdük. Biz onunla yeni layihələr müzakirə edirdik. O da yeni layihəni çox bəyənmişdi. Dedi səsim düzəlsin, başlayarıq". 

Bunu Modern.az saytına açıqlamasında “Qulp” verilişinin aparıcısı və layihə rəhbəri Mübariz Əsgərov deyib.
O qeyd edib ki, xərçəng xəstəliyinə görə Aşıq Yadigarın səs tellərində problem var idi. 

“Həmin gün xeyli söhbətləşmişdik. Bir müddət sonra komaya düşdü. Mənim üçün çox ağır faciə oldu. Çünki uzun müddət birlikdə çalışmışdıq, o, "Qulp"un ən parlaq simalarından birini yaratmışdı. Heç kim onun yaratdığı obrazı cəsarət edib, yarada bilməzdi”. 

M.Əsgərov Yadigar Muradovun yaratdığı “Aşıq Yadigar” obrazı haqqında da danışıb:

“Yadigar çoxlarının gedə bilməyəcəyi yolu getdi, o, belə bir maraqlı obrazı yaratdı. Çoxları bundan çəkinirdi. Çünki ilk vaxtlar çox söz-söhbət oldu ki, aşıq obrazı belə olmaz, aşıq satirik mahnılar oxumaz. Amma Aşıq Yadigar bunlara baxmayaraq, xalqın sevimlisinə çevrildi. Bu obrazın yarıdıcısının ölümü Azərbaycan mədəniyyəti üçün böyük itkidir”. 

“Yeni layihələrim də çox olur. İndi əsas işim Zəfərlə bağlı sənədli film çəkməkdir. Bu hadisələri yaddaşa köçürmək lazımdır, amma başqa layihələr də hər zaman fikrimdə olub. Layihələrimin içində həmişə Aşıq Yadigar da olub”, – deyə M.Əsgərov deyib.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu