Modern.az

Rusların samovarından əvvəl bizim simuzərimiz var idi – Lahıclı misgər

Rusların samovarından əvvəl bizim simuzərimiz var idi – Lahıclı misgər

Mədəniyyət

19 Noyabr 2025, 10:52

Dövlət Turizm Agentliyi İsmayıllı rayonunun Lahıc qəsəbəsi və Ərəgit kəndinin 80 hektar ərazisində dövlət qeydiyyatına alınmış 102 tarixi və mədəniyyət abidəsinin mühafizəsini həyata keçirir.

Buradakı abidələr arasında su dəyirmanı, körpü, üç hamam, beş məscid və səkkiz daş sütun var. Qoruq ərazisində dövlət mühafizəsinə götürülmüş onlarla tarixi yaşayış evi yerləşir. 

Qəsəbədə ticarət və sənətkarlıq tarixi peşədir. Daha çox misgərlik sənəti nəsildən-nəsilə ötürülür.

Misdən hər cür məişət avadanlıqlarının düzəldilməsi və qədimi əşyaların bərpası aparılır. İstehsal və satışın eyni yerdə aparılması turistlərdə maraq doğurur.

Lahıc Mədəniyyət Qoruğunun Direktoru, eyni zamanda misgərlik fəaliyyəti ilə məşğul olan Nəzər Əliyev Modern.az-a deyib ki, Rusiyada somovar istehsalı 1790-cı illərdə başlanıb. Azərbaycanda isə bundan 15-20 il əvvəl misgərlər samovar hazırlayırdılar. 

Qoruğun direktoru qeyd edib ki, “simuzər” adlı əşya isə XIII əsr Azərbaycanında yaranıb. 

Simuzər sonra düzəldiləcək samovarın əvəzində idi və yolda çay içmək üçün xüsusi hazırlanmış, suyun közlə qaynadılması mümkün edən antik Azərbaycan nümunəsidir. 

Tacirlər üçün qiymətli əşya olduğuna görə “sim”, “zər”, yəni qiymətli bəzək əşyaları adını alıb.

Cavid Zahidoğlu

1478843

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu