Modern.az

Basqalda qədimi dükanlar turistlərin xidmətindədir

Basqalda qədimi dükanlar turistlərin xidmətindədir

Mədəniyyət

19 Noyabr 2025, 10:43

Dövlət Turizm Agentliyinin layihəsi əsasında Basqal kəndinin tarixiliyi işıqlandırılır.

Modern.az xəbər verir ki, müxtəlif istiqamətlərdə təmir və quruculuq davam etdirilir. Artıq 3 küçədə döşəmə daşlar tamamilə bərpa edilib. Bazar meydanından 7 müxtəlif məhəlləyə gedən küçələrin hər birinin işlənməsi planlaşdırılır. 

“40 dam” proqramı çərçivəsində kəndin 40 evinin damı tarixi üslubda bərpa edilib.

Ev və hasarlarda yeraltı təkanlara qarşı “kətil” adlandırılan bəndlər də saxlanılıb.

Kənd hamamı qədim əşya kolleksiyaları ilə birlikdə turistlərə təqdim edilir. XVII əsrə aid memarlıq abidəsi olan Basqal hamamı klassik Şərq hamam memarlığı üslubuna riayət etməklə yerli memarlıq ənənələri asasında inşa edilib. Abidə Dövlət Turizm Agentliyinın sifarişi ilə 2021-ci ildə tarixi materiallar və arxiv sənədləri əsasında bərpa olunmuşdur.

Turizm kəndində ondan artıq müxtəlif antik əşyalar, şirniyyat, geyim və digər məhsullar satılan dükan fəaliyyət göstərir.

Cavid Zahidoğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu