Modern.az

Müğənni Rəqsanə ev dustaqlığına buraxıldı

Müğənni Rəqsanə ev dustaqlığına buraxıldı

Mədəniyyət

19 Noyabr 2025, 17:33

Həbsdə olan tanınmış müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.

Modern.az xəbər verir ki, bununla bağlı Sabunçu Rayon Məhkəməsi qərar qəbul edib.

Qeyd edək ki, Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurdu. 

Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu