Modern.az

“Yağlıvənd: faciədən zəfərə” filminin təqdimatı keçirilib

“Yağlıvənd: faciədən zəfərə” filminin təqdimatı keçirilib

21 Noyabr 2025, 09:20

Füzuli şəhər Mirzə Uluqbəy adına 1 saylı orta məktəbdə “Yağlıvənd: faciədən zəfərə” sənədli filminin təqdimatı olub. Tədbirdə məktəbin direktoru Həcər Mahmudova, filmin ssenari müəllifi və rejissoru – yazıçı Tağı Türk, Əməkdar artist Nizami Abdullayev, Araz Yağlıvənd kənd musiqi məktəbinin direktoru Elmin İdrisli, həmçinin şəhid ailələrinin üzvləri çıxış ediblər.

Modern.az-ın məlumatına görə, çıxış edənlər filmin əhəmiyyətini xüsusi vurğulayaraq bildiriblər ki, Yağlıvənd faciəsi tariximizin ən ağrılı, eyni zamanda xalqın dözüm və iradəsini nümayiş etdirən unudulmaz səhifələrindəndir.

Film 15 avqust 1992-ci ildə Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi təyyarələrin Füzuli rayonunun Yağlıvənd kəndini bombalaması nəticəsində baş verən faciədən bəhs edir. Hücum zamanı 5-i uşaq olmaqla 17 nəfər dinc sakin həlak olub, 100-ə yaxın kənd sakini yaralanıb.

Tədbir iştirakçıları filmin faciənin gələcək nəsillərə çatdırılması və tarixi həqiqətlərin unudulmaması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.



 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ