Hindistan kinosunun canlı əfsanəsi və milyonlarla tamaşaçı tərəfindən sevilən aktryor Dxarmendra 89 yaşında vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Aktyor ölümündən əvvəl bir neçə gün Mumbay xəstəxanasında müalicə alıb.
Uzun karyerası ərzində Dxarmendra yüzlərlə hind filmində rol alıb. O, Azərbaycan tamaşaçılarına "Sevimli Rac", "Zita və Gita" və "Əlibaba və qırx quldur" filmlərindəki rolları ilə yaxşı tanışdır. Bu rollar ona təkcə Hindistanda deyil, bütün dünyada şöhrət qazandırıb.
Hindistan kinosu tarixində silinməz iz buraxan aktyor Dxarmendra Bollivud ulduzu Xema Malininin həyat yoldaşı olub. Onun ölümü təkcə Hindistan üçün deyil, həm də dünya kinosevərləri üçün böyük sayılır.