Modern.az

Bayramınız mübarək!

Bayramınız mübarək!

Mədəniyyət

27 Noyabr 2025, 12:24

“Təbiətlə İnsan Arasında Körpü: Dinlərarası Dialoqun Yaşayan Nümunəsi”

Qax rayonunda “Kürmükoba” bayramı qeyd olunub və yüzlərlə insan Kürmük məbədini ziyarət edib. Bu bayram ildə iki dəfə keçirilir və həm müsəlman, həm də xristian sakinlər tərəfindən ziyarət olunur. Qədim zamanlardan bu günə qədər gəlib çatan bu ənənə hələ də aktuallığını itirmir və öz köklərini qoruyub saxlayır.

Azərbaycan tarixində əsrlər boyu bütün dinlərin azad şəkildə yaşanması dünyanın müxtəlif ölkələrindən tarix həvəskarlarını da ölkəyə cəlb edir. Azərbaycanın özünəməxsus tarixi quruluşu, dünyanın nadir mədəniyyətlərinin burada bir arada yaşaması və bu ənənələrin bu gün də davam etməsi, Azərbaycan dövlətinin tarixə, mədəniyyətə və təbiətə nə qədər böyük hörmətlə yanaşdığını açıq şəkildə göstərir.
Sözügedən tədbirdə dinindən asılı olmayaraq, təbiətlə iç-içə keçirilən ayinlər iştirakçıların böyük marağına səbəb olur. Bayram iştirakçılarının özünəməxsus ritualları vardır: ağaclara əski bağlamaq, qayaların üzərində şam yandırmaq, niyyət etmək və qurban kəsmək. Mərasimlərdə həm islam, həm də xristian ünsürlərinin yanaşı görünməsi xüsusilə diqqət çəkir.

“Kürmükoba” əslində bir təbiət ayinidir və may və noyabr aylarında — daşqın dövründə — keçirilir. Bayramın Kürmük çayının adı ilə bağlı olması da bu ənənənin qədim köklərə malik olduğunu təsdiqləyir. Gün ərzində müxtəlif bölgələrdən yüzlərlə insan dinindən asılı olmayaraq piyada şəkildə məbədə qalxaraq ziyarətlərini həyata keçirib.

Dinlərarası qarşılıqlı hörmətin müasir dünyada sülh şəraitində davam etməsi və bunun Azərbaycan tərəfindən bütün dünya ölkələrinə nümunə olması gələcək üçün böyük ümid yaradır. Azərbaycan mədəniyyətinə dərindən nəzər saldıqda, günümüzə qədər yaşamış nadir ənənələrin qorunub saxlanmasında Azərbaycan xalqının böyük rol oynadığını da görmək mümkündür.

Səbinə Həsənova

Serdar Şengül

Whatsapp
Bizə yazın!
Keçid et
Mehdiyevçilər HƏRƏKƏTƏ KEÇDİ- Bakıda şok planın qarşısı alındı