Modern.az

Anar Kitab Mükafatı almaq istəyir? - ÖZÜ DANIŞDI

Anar Kitab Mükafatı almaq istəyir? - ÖZÜ DANIŞDI

Mədəniyyət

5 Dekabr 2025, 15:46

2026-cı ildə Azərbaycan Kitab Mükafatı təsis olunacaq. Mükafat ölkənin ədəbi mühitində yeni institusional mexanizm kimi təqdim olunur.

Mədəniyyət Nazirliyinin gənc yazarlarla görüşündə açıqlanan məlumatlara görə, Prezident Fərmanı ilə təsdiqlənəcək mükafatın formatı, mərhələləri və şərtləri artıq müəyyənləşdirilib. Qalibin müəyyən olunması çoxpilləli qiymətləndirmə prosesi əsasında həyata keçiriləcək, final mərhələsi isə geniş ictimaiyyət üçün açıq şəkildə təşkil olunacaq.

Məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Modern.az-a açıqlama verib.  

“Bu addımı yaxşı qiymətləndirirəm. Yazıçılar nə qədər çox mükafat verilsə, bir o qədər yaxşıdır” – deyə o vurğulayıb. 

Hazırda üzərində işlədiyi kitab haqqında da danışan yazıçı bundan sonra yazacağı kitabları mükafat üçün təqdim edib-etməyəcəyi ilə bağlı sualımıza da cavab verib:

“Yazdığım kitabı nə ora, nə də başqa yerə təqdim edəcəm. Heç bir halda özümü kiməsə, nəyəsə təqdim etmirəm” - Anar qeyd edib.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
DTX Əli Kərimliylə bağlı buna icazə verdi