Modern.az

Mədəniyyət xadimlərinə dövlət təltifləri təqdim olundu - FOTO

Mədəniyyət xadimlərinə dövlət təltifləri təqdim olundu - FOTO

Mədəniyyət

26 Dekabr 2025, 21:49

Dekabrın 26-da Mədəniyyət Nazirliyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup mədəniyyət xadiminə mükafatların təqdim olunması mərasimi keçirilib.

Modern.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli təltif olunanları təbrik edib, xoş arzularını çatdırıb. Bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva ölkəmizdə mədəniyyətin, ədəbiyyatın inkişafında xidmətləri olan şəxslərin fəaliyyətini daim diqqətdə saxlayır, öz qayğılarını əsirgəmirlər. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu ənənənin davam etdirilməsi yaradıcı insanların fəaliyyətinə böyük stimul verir.

Sonra Xalq artisti Tofiq Bakıxanova 1-ci dərəcəli “Əmək”, Xalq şairi Vahid Əzizə “Şərəf” ordenləri, rəssam-animator Gülşən Quliyevaya isə “Tərəqqi” medalı təqdim olunub. 

Tədbirdə həmçinin tanınmış diplomat və tarixçi-alim Həsən Həsənova, Xalq artistləri Zamiq Əliyev, Şamil Süleymanov, Mənsum İbrahimov, Əməkdar artist Rita Əmirbəyova və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Sevil Kərimovaya yubileyləri münasibətilə Mədəniyyət Nazirliyinin Fəxri diplomları təqdim edilib.

Təltifə layiq görülənlər fəaliyyətlərinə yüksək qiymət verildiyinə görə minnətdarlıq ediblər. 

Sonda xatirə fotosu çəkdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi