Modern.az

Qayğılı bir Yeni il təbriki

Mədəniyyət

31 Dekabr 2025, 17:36

Dünyanın Yeni ili belə qarşıladığını xatırlamıram.

Savaşlar, qorxular, itkilər, yorğun insanlar, gülməyən üzlər…

Sanki zaman bizdən daha çox şey istəyir,

biz isə olan-qalan gücümüzlə dirənir,

zar-zor davam edirik.

Düşünən insan özünə sual verir:

“Hara qədər?”…

At ili gəlir.

At həm də hərəkətdir,

Yoldur.

Qaçmaq yox, irəli getməkdir.

İrəli getməksə cəsarətidir…

İnsan müdrikləşəndə anlayır ki,

həyat mükəmməl olmaq üçün deyil,

davam etmək üçündür.

Davam etməyin yollarını axtarırsan.

Bəzi illüziyalar dağılır.

Düşüncələrimiz dərinləşir.

Həyatın dəyəri də məhz burada üzə çıxır.

Özümü inandırıram ki, qeyri-müəyyənlik qorxulu deyil,

ümid sadəlövhlük deyil,

ümid davam etmək qərarıdır.

Herman Hesse (Alman romantizmi) bunu belə deyir:

“Və hər başlanğıcın içində bir sehr yaşayır,

o sehr ki, bizi qoruyur

və yaşamağa davam etməyə kömək edir”.

Yunus Emre (Türkün böyük şairlərindən) öyüd verir:

“Sevelim sevilelim,

Dünya kimseye kalmaz”…

Yeni ildə arzu edirəm:

qaçmayaq, yol tapaq;

itirməyək, itirəndə itməyək;

daha çox verib, daha az istəyək;

daha çox düşünək, daha az nifrət edək;

daha çox bilək, daha az təkəbbür göstərək;

daha çox gələcəyi müzakirə edək, insanı unutmayaq…

Yeni iliniz mübarək!

Davam edək!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ