Modern.az

QHT Agentliyi Müşahidə Şurasınin yeni sədri kimdir? - DOSYE

QHT Agentliyi Müşahidə Şurasınin yeni sədri kimdir? - DOSYE

Mədəniyyət

7 Yanvar 2026, 11:22

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yeni tərkibdə Müşahidə Şurasına sədr seçilib. “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Fuad Məmmədov növbəti 4 il müddətində QHT Agentliyinin Müşahidə Şurasına rəhbərlik edəcək.

Modern.az saytı Fuad Məmmədovun dosyesini təqdim edir.

Fuad Teyyub oğlu Məmmədov 1946-cı il oktyabrın 28-də Bakı şəhərində anadan olub.

1964-cü ildə Bakıdakı 150 nömrəli məktəbi, 1969-cu ildə isə Azərbaycan Neft və Kimya İnstitutunun Kimya-Texnoloji fakültəsini bitirib. 1975-ci ildə tarix elmləri namizədi elmi dərəcəsi üşün dissertasiya, 1985-ci ildə isə doktorluq dissertasiyası müdafiə edib. 1993-cü ildə Beynəlxalq Amerika-Rus Konfliktologiya məktəbini bitirib. Azərbaycanda kulturologiya elminin yaradıcısıdır.

Mədəniyyət, elm tarixi və nəzəriyyəsindən 200-dən artıq elmi və elmi-maarif işlərin, Azərbaycan cəmiyyəti və dövlətinin modernləşməsi və sosial tərəqqisinə yönəlmiş müddəaların və layihələrin müəllifi və tərtibatçısıdır.

Onun “Kulturologiya” əsərindən həm Azərbaycanda, həm də xaricdə istifadə olunur.

F.Məmmədov Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “İdarəçilik mədəniyyəti” innəvativ kulturoloji kursun müəllifidir. Kurs demokratik ölkələrin idarəetmə təcrübəsinin və dünya mədəniyyəti və sivilizasiyasının nailiyyətlərinin elmi təhlili əsasında hazırlanıb. Kursun tədrisi şəxsiyyətlər və liderlərin formalaşmasına, gələcək mütüxəssislər və məmurlər tərəfindən müasir elmi biliklərin, beynəlxalq standartlara cavab verən, peşəkar vərdişlərin, yüksək demokratik idarəetmə etikasının mənimsənməsinə xidmət edir. 

Fuad Məmmədov Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “İntellektual İnkişaf Problemləri” Beynəlxalq Elmlər Akademiyasının və Rusiyanın Pedaqoji və Sosial elmlər Akademiyasının akademiki, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, “Mədəniyyət və cəmiyyət” daimi kulturuloji seminarın elmi rəhbəri, “Simurq” Kulturoloji jurnalın (Dünya mədəniyyəti və sivilizasiyası məsələləri) yaradıcısı və baş redaktorudur. 

O, “Humay” (2002) və “İntellekt” (2006) Milli ictimai mükafatların laureatıdır, həmçinin “Sülh səfiri” və “Mədəniyyət səfiri” beynəlxalq və milli fəxri adlarla təltif olunub. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır