Modern.az

Məşhur azərbaycanlıdan İrandakı etirazlara DƏSTƏK

Məşhur azərbaycanlıdan İrandakı etirazlara DƏSTƏK

Mədəniyyət

16 Yanvar 2026, 11:42

Məşhur azərbaycanlı kinorejissor Cəfər Pənahi dünyanı İrandakı etirazçılarla həmrəy olmağa çağırıb.

Modern.az xəbər verir ki, amerikalı kino tənqidçiləri tərəfindən "Sadə bir qəza" filminə görə mükafatlandırılan rejissor çıxış nitqində bu çağırışı edib.

"Hazırda İran hökuməti etirazçıları güllələyir; küçələrdə tamamilə açıq şəkildə vəhşicəsinə qırğın baş verir. İslam Respublikası öz süqutunu gecikdirmək üçün bunu təşkil edib. Dünyanın hər yerindəki rejissorları səslərini çıxarmağa çağırmaq mənim vəzifəmdir. Səsinizdən istifadə edin, sahib olduğunuz hər hansı bir platformadan istifadə edin. Hökumətlərinizin müdaxilə etməsini tələb edin. Göz yummayın. Bu, humanitar fəlakətdir".

Xatırladaq ki, Cəfər Pənahi 1960-cı ildə Miyana şəhərində anadan olub. O, nüfuzlu Berlin, Kann və Venesiya kino festivallarının qalibidir. 

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır