Modern.az

Azərbaycanda milli geyim standartları hazırlanıb

Azərbaycanda milli geyim standartları hazırlanıb

Mədəniyyət

19 Yanvar 2026, 18:08

Milli dəyərlərimizin qorunması və təbliği Prezident İlham Əliyevin mədəniyyət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

Mədəniyyət Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yeni milli geyim standartları hazırlanıb:

"Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən dövlətimizin yeni mədəniyyət konsepsiyası nəzərə alınmaqla milli geyimlərin müasir dövrdə istifadəsi, təbliği və təqdimat formaları üzərində sistemli iş aparılır.

Artıq Azərbaycanın milli geyim standartları hazırlanıb və bu proses yekunlaşmaq üzrədir. Sözügedən standartları milli geyim irsinin qorunması, vahid meyarlar əsasında təqdimatı və gələcək nəsillərə ötürülməsi baxımından çox əhəmiyyətli hesab edirik. Qeyd etmək istərdik ki, milli geyimlərin yalnız ənənəvi formada deyil, müasir dizayn elementləri ilə interpretasiya olunmuş nümunələr şəklində təqdim edilməsi xüsusi əhəmiyyət daşıyır".

Bildirilib ki, Nazirlik tərəfindən təşkil olunan rəsmi tədbirlərdə və ictimai platformalarda bu cür geyim nümunələrinin mərhələli şəkildə nümayişi və təşviqi nəzərdə tutulur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır