Modern.az

Arif Babayevin qəbirüstü abidəsi hazırlanacaq

Arif Babayevin qəbirüstü abidəsi hazırlanacaq

Mədəniyyət

21 Yanvar 2026, 11:57

Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi hazırlanacaq.

Modern.az xəbər verir ki, bu barədə mərhum xanəndənin oğlu Yaşar Babayev məlumat verib.

“Hava şəraiti ilə əlaqədar hələlik işlərə başlanılmayıb, amma yaxın günlərdə büstün hazırlanması üçün işlərə başlanılacaq”, – o bildirib.

Yaşar Babayev onu da qeyd edib ki, qəbirüstü abidə ailənin öz hesabına hazırlanır.

Xatırladaq ki, Arif Babayev uzun sürən xəstəlikdən sonra ötən il avqustun 1-də vəfat edib.(APA)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır