Modern.az

Bu il 8 min müəllim attestasiyaya cəlb olunacaq

Bu il 8 min müəllim attestasiyaya cəlb olunacaq

Mədəniyyət

5 Fevral 2026, 11:32

Bu il 9 bölgə üzrə Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəsisələrində attestasiya prosesi aparılacaq.

Modern.az xəbər verir ki, bunu nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Yaşar Zeynalov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ümumilikdə, il ərzində 8 min müəllimin attestasiyaya cəlb olunacağı planlaşdırılıb.

Nazirlik rəsmisi builki attestasiya prosesinin fevralın 10-da başlanılacağını və prosesin iyul ayına qədər yekunlaşacağını bildirib:

"Yalnız Naxçıvandakı təhsil müəsisəsələrinin təhsilverənləri üçün attestasiya ilin sonunda keçiriləcək". ("Report")

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!