"Torqovı"da yerləşən binada yanğın baş verib.
Modern.az-ın sorğusuna cavab olaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, yanğının baş verdiyi bina qurum tərəfindən siyahıyaalınmayıb və qorunmur.
Lakin yanan binaya bitişik bina yerli əhəmiyyətli memarlıq abidəsidir. Bu abidə 1880-ci ildə, neft bumu dövründə inşa olunan yaşayış binalarından biridir.
Həmin binanın zərər görüb-görməsi ilə bağlı dəqiq məlumat yoxdur.
Qeyd edək ki, yanğının baş verdiyi “Tarqovu” kimi adlanan Nizami küçəsində yerləşən binaların böyük hissəsi XIX əsrin sonu - XX əsrin əvvəlində Bakıda neft sənayesinin inkişaf etdiyi dövrdə inşa edilib. 1864-cü ildə bu ərazidə ticarət və yaşayış məqsədli binalar tikilməyə başlanıb, xüsusən XIX əsrin 80-90-cı illərindən etibarən “Streetscape” formalaşmağa başlayıb. Bu dövrə aid çoxlu evlər neoklassik, barokko və digər Avropa memarlıq stillərində inşa olunub: zəngin karvan-saraylar, mağaza fasadları, müxtəlif milyonçu sifarişləri ilə tikilmiş yaşayış və ictimai binalar bu dövrdə meydana çıxıb.