Modern.az

Nəriman Həsənzadə Prezidentə təşəkkür etdi - bu təltif ruhumla yaşayacaq

Nəriman Həsənzadə Prezidentə təşəkkür etdi - bu təltif ruhumla yaşayacaq

Mədəniyyət

24 Fevral 2026, 16:46

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev dövlət başçısının tapşırığına uyğun olaraq, mədəniyyətimizin inkişafında müstəsna xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilmiş Xalq şairi Nəriman Həsənzadəni evində ziyarət edib və ali mükafatı ona təqdim edib.

Xalq şairi Nəriman Həsənzadə Modern.az-a açıqlamasında mükafatla bağlı təəssüratını bölüşüb.

O, Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib:

"Mən bu yüksək ordeni, ali mükafatı çox ləyaqətlə daşımalıyam və daşıyacam da. Buna görə cənab Prezidentə məni yada salıb təltif etdiyinə görə minnətdaram.

Prezidentin nəzərində olduğumu, məni yada salmağını ömrümün sonunadək unutmayacam. Cənab Prezident çox sağ olsun ki, məni belə yüksək mükafata layiq görüb. Hörmətli İlham Əliyev mənəviyyatca yüksək səviyyəli alqışalayiq dövlət başçısıdır. Mən onun bu adımına qarışıqlıq bunu deyə bilərəm. Bu təltif daimi olaraq mənim ruhumla yaşayacaq və heç vaxt unudulmayacaq".

Nəriman Həsənzadə səhhəti ilə bağlı ciddi narahatlığının olmadığını da bildirib. 
Qeyd edək ki, 95 yaşlı Xalq şairi hazırda müalicə alır. Köməkçisinin yardımı ilə gəzə bilir. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada PROSES BAŞLADI! - Azərbaycanlılar vətəndaşlıqdan çıxarılır - Xəbəriniz Var?