Fransa Prezidenti Emmanuel Makron Parisdə yerləşən Luvr muzeyinin direktoru Lorans de Karın istefasını qəbul edib.
Modern.az xəbər verir ki, bu barədə Yelisey Sarayından açıqlama verilib. Bildirilib ki, Makron istefanı “məsuliyyət addımı” kimi qiymətləndirib. Qeyd olunub ki, ötən ilin oktyabrında baş verən iri oğurluq hadisəsindən sonra muzeyin yeni mərhələyə və yenilənməyə ehtiyacı var.
Xatırladaq ki, oktyabr ayında Luvrda soyğun qeydə alınıb. Dörd nəfərdən ibarət qrup cəmi səkkiz dəqiqə ərzində təxminən 87 milyon avro (140 milyon Kanada dolları) dəyərində zinət əşyalarını ələ keçirib.