Modern.az

Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbasına razılıq verilib - Ərdoğanın müavini

Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbasına razılıq verilib - Ərdoğanın müavini

Mədəniyyət

Bu gün, 14:25

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini, partiyanın Türk Dövlətləri Təşkilatı üzrə rəhbəri Kürşad Zorlu Bakıda keçirilən “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransda çıxış edib. 

Modern.az-ın məlumatına görə, Kürşad Zorlu çıxışı zamanı 100 il əvvəl Bakıda atılan addımların bu gün Türkiyənin dövlət siyasətində yaşadıldığını bildirib:

"İlk növbədə Qurultay iştirakçılarına Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın səmimi salamlarını çatdırmaq istərdim. 1926-cı ildə burada qəbul edilən qərarlarla Qazi Mustafa Kamal Atatürkün həyata keçirdiyi islahatlar arasında ciddi bir zaman və düşüncə uyğunluğu var idi. Türkiyənin latın qrafikalı əlifbaya keçidində həmin Qurultayın yaratdığı elmi mühit mühüm təkan olub. Artıq 34 hərfdən ibarət ortaq əlifba ilə bağlı ilkin razılıq əldə edilib. Türkiyə olaraq, hörmətli Prezidentimizin qətiyyətli iradəsi ilə bu prosesə hərtərəfli dəstək veririk. Türk Dövlətləri Təşkilatı çərçivəsində səkkiz dövlət bu birliyi daha da gücləndirir”. 

Kürşad Zorlu Azərbaycan Prezidenti İlham Əliyevə bu istiqamətdə qəbul etdiyi tarixi qərarlara görə təşəkkür edib: “Bizim birliyimiz heç bir ölkəyə və ya coğrafiyaya qarşı yönəlməyib. Əksinə, bu birlik geniş regionda sülhə, sabitliyə və qarşılıqlı etimada xidmət edən bir anlayışın təzahürüdür. Həmçinin Türkologiya bölmələrinin gücləndirilməsi və Türkiyənin “Türk Dünyası Vizyon Sənədi” çərçivəsində konkret addımlar atılacaq".

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İslam dövlətinin NÜVƏ OBYEKTİ VURULDU - Yüzlərlə ölü var