Modern.az

“Kainatın Sükutunu Yaradan Uşaqlar” tamaşası yenidən səhnədə

“Kainatın Sükutunu Yaradan Uşaqlar” tamaşası yenidən səhnədə

Mədəniyyət

Bu gün, 18:29

Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq inklüziv və autizm spektrli uşaqların iştirakı ilə hazırlanmış "Kainatın sükutunu yaradan uşaqlar" adlı qarabasma janrında mürəkkəb quruluşlu tamaşa 28 fevral 2026-cı il tarixində saat 17:00 da Şuşa Dövlət Musiqi Dram Teatrında yenidən uğurla nümayiş olunacaq.

Modern.az xəbər verir ki, tamaşanın nümayişində dövlət nümayəndələri, millət vəkilləri, incəsənət xadimləri və digər qonaqlar iştirak etdəcəklər.

Səhnə əsəri insanın daxili səssizliyə, səbirə və dinləmə mədəniyyətinə dönüşünü simvolik və poetik dillə əks etdirən dərin məzmunlu bədii kompozisiyadır. Tamaşanın dramaturji xətti boyunca vizual, emosional və poetik elementlərin vəhdəti qorunur. Ulduzların "səsini" eşidə bilən Yusif və onun dostları – əvvəlcə şübhə ilə yanaşan Tərxan, müşahidəçi Tahir və finalda səhnəyə daxil olan Sadiq və Qəhrəman obrazları vasitəsilə duyum, səbir, dinləmə və anlayış kimi mənəvi dəyərlər poetik formada ifadə olunur. Uşaqların dialoqları kainatın səssiz ritmini, insanın təbiətlə bağlılığını və dinləmək anlayışının fəlsəfi mahiyyətini tamaşaçıya çatdıracaqlar.

Qeyd edək ki, tamaşada həmçinin, hörmətli Leyla xanım Əliyevanın “Dünya yuxutək əriyir” adlı şeirlər toplusundan seçilmiş poetik parçalar nümayiş olunacaqdır. Bu şeirlər, tamaşanın emosional və estetik təsirini daha da dərinləşdirərək, səhnədə yaradılan ab-havanı gücləndirəcəkdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran darmadağın edilir - Xameneini gizlətdilər