İranın İsfahan şəhərində hava hücumları nəticəsində Səfəvilər dövrünə aid tarixi abidəyə ziyan dəyib.
Modern.az xəbər verir ki, İsfahan qubernatorluğunun yaxınlığında yerləşən və II Şah Abbasın dövründə inşa olunan Çəhəl Sütun Saray kompleksinin bəzi hissələri dağılıb.
Həmçinin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş, tərkibində Əli Qapu Sarayı və bir sıra tarixi məscidlərin yerləşdiyi möhtəşəm Nəqşi Cahan meydanının ətrafında da ziyan və dağıntıların baş verdiyi barədə məlumatlar yayılıb.