Azərbaycan ədəbiyyatının zəngin ənənələri içərisində özünəməxsus yeri və dəst-xətti ilə seçilən Seyran Səxavət bu günlərdə 80 illik yubileyini qeyd etdi. Bu əlamətdar tarix yalnız bir yazıçının ömür yolunun mərhələsi deyil, həm də milli söz sənətimizin inkişaf tarixində mühüm bir hadisədir. Onun yaradıcılığı illər boyu oxucuların qəlbində iz qoymuş, düşüncələrə işıq salmış və ədəbi mühitdə yeni nəfəs kimi qəbul edilmişdir.
Seyran Səxavət Azərbaycan nəsrinin və dramaturgiyasının parlaq simalarından biri kimi tanınır. Onun əsərlərində həyatın gerçəklikləri, insan talelərinin mürəkkəbliyi və mənəvi axtarışlar dərin bədii ustalıqla əks olunur. Yazıçının qələmə aldığı obrazlar canlılığı, təbii danışıq üslubu və psixoloji dolğunluğu ilə seçilir.
Ədibin yaradıcılığında əsas mövzulardan biri insan və cəmiyyət münasibətləridir. O, əsərlərində sosial ədalətsizlikləri, mənəvi dəyərlərin aşınmasını və insanın daxili ziddiyyətlərini ustalıqla qələmə alır.
Dramaturq kimi də Seyran Səxavət Azərbaycan teatrına dəyərli töhfələr vermişdir. Onun pyesləri səhnədə canlı həyat kimi canlanır, tamaşaçını düşündürən və təsirləndirən məqamlarla zəngindir.
80 illik yubiley təkcə ötən illərin xatırlanması deyil, həm də bu böyük sənətkarın ədəbiyyatımıza bəxş etdiyi dəyərlərin qiymətləndirilməsidir.
Sən nə istəyirdin, nələr itirdin?
Qorxma kül olmaqdan, yan, məhəbbətim.
Sən mənim başıma nələr gətirdin,
Ay ilk məhəbbətim, son məhəbbətim...
Sevgilər bəzən qovuşmaq üçün yox, insanın ruhunda iz salmaq üçün gəlir — və elə o izlə də əbədi yaşayır.
Seyran Səxavət də ruhumuza iz salmaq üçün gəlib bu dünyaya.
100 yaşa əbədiyaşar sənətkar!
Elmin Bəhram oğlu İdrisli,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü