Modern.az

Rasim Balayev dəfn edildi - GÖRÜNTÜLƏR

Rasim Balayev dəfn edildi - GÖRÜNTÜLƏR

Mədəniyyət

Bu gün, 14:18

Xalq artisti Rasim Balayev I Fəxri xiyabanda dəfn edilib.

Modern.az xəbər verir ki, mərasimdə Xalq artistinin ailə üzvləri, dostları, incəsənət xadimləri, media nümayəndələri iştirak ediblər.

***

13:30

Xalq artisti Rasim Balayevlə Akademik Milli Dram Teatrında keçirilən vida mərasimi başa çatıb.

Modern.az xəbər verir ki, vida mərasimində Baş nazir Əli Əsədovla yanaşı, nazirlər, deputatlar, görkəmli aktyorun ailə üzvləri, sənət dostları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak ediblər.

Mərasimin ardınca Xalq artistinin nəşi dəfn olunmaq üçün Birinci Fəxri xiyabana aparılıb.

***

11:40

Xalq artisti Rasim Balayevlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçirilir.

Modern.az xəbər verir ki, mərasimdə ölkənin ədəbi-ictimai xadimləri, Mədəniyyət Nazirliyinin təmsilçiləri, media nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, R.Balayev ötən gün İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib.

Onun cənazəsi gecə saatlarında Bakıya gətirilib.

Xalq artisti Birinci Fəxri xiyabanda dəfn olunacaq.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrandan ŞOK HÜCUM - Genişmiqyaslı əməliyyat başladı