Modern.az

"Onunla sonuncu dəfə müalicəyə getdiyi gün danışmışdıq"

"Onunla sonuncu dəfə müalicəyə getdiyi gün danışmışdıq"

Mədəniyyət

30 Mart 2026, 12:28

Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir.

Modern.az xəbər verir ki, aktyorla vida mərasimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilir. 

Xalq artisti Nürəddin Mehdixanlı Rasim Balayevin vəfatını Azərbaycan xalqı və mədəniyyəti üçün ağır itki adlandırıb:

"Rasim Balayev öz istedadı və zəhməti ilə sənətin zirvəsinə qalxmış və xalqımız tərəfindən yüksək qiymətləndirilmiş bir aktyor idi. Çox təəssüf ki, Rasim Balayev kimi sənətkarı itirdik. Biz sənət adamlarına yaşa dolduqca daha çox dəyər verilməlidir. Onun xəstə olduğunu bilə-bilə sağdan-soldan üzərinə gedənlərin indi vicdanları nə deyir? O, gəncliyini sənətinə həsr etmişdi".

Xalq şairi Ramiz Rövşən isə mərhum aktyorla bağlı "Elə bir adamı sındırmaq mümkün deyildi. Həyatda çox mərd yaşadı. Ən son onunla Türkiyəyə müalicəyə gedən günü danışdıq. Mən elə bildim ki ayağı ağrıyır. Hətta bir az da zarafatlaşdıq. Çünüki mənim də ayağımda problem var. Rasim Balayev yumor hissi güclü olan insan idi. Allah rəhmət etsin" sözlərini deyib. 

Əməkdar artist Dilarə Əliyeva isə xəbəri eşidəndən göz yaşlarını saxlaya bilmədiyini vurğulayıb:

"Onun söhbətləri o qədər maraqlı idi. O, danışanda elə bilirdim filmi canlı izləyirəm. Rasim Balayev canlı əfsanə idi. Dünəndən göz yaşım qurumur. Kaş yaşayıb yaradardı". (axsam.az)

Whatsapp
Bizə yazın!
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!