Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevlə vida mərasimində Baş naziri Əli Əsədov iştirak edir.
Modern.az xəbər verir ki, vida mərasimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilir.
Xatırladaq ki, Xalq artisti uzun müddət ağciyər xərçəngindən əziyyət çəkirdi. Türkiyədə müalicə alan aktyor ötən gün səhər İstanbulda yerləşən “Memorial” klinikasında vəfat edib.

