Həcc ziyarətinə sənəd qəbulu aprel ayının 15-nə qədər davam edəcək.
Modern.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.
"Kvotanın 93 faizi dolub, cəmi 7 faiz yer qalıb", - deyə V.Cahangiri qeyd edib.
Xatırladaq ki, QMİ 2026-cı il həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6 100 ABŞ dolları müəyyən edib.(Oxu.az)