Əsir düşməsin deyə körpəsini boğan Xocalı şahidi - Tükürpərdən xatirələr
Qarabağ elə bir yurd yeridir ki, orada torpağın özü danışır. Hər rayonu, hər kəndi bir xüsusiyyəti ilə seçilib. Biri müəllimləri ilə ad çıxarıb, biri muğam ustaları ilə, digəri xalçaçı qadınların ilmə-ilmə toxuduğu sənətlə. 1992-ci ilin fevralına qədər Xocalı da belə idi - hərbçiləri, zəhmətkeş və gülərüz insanları, vüqarlı Əsgəran qalası, coşqun Qarqar çayı, savadlı müəllimləri ilə tanınırdı...