Modern.az

Mərhum jurnalistə Mehdiabadda cümə mərasimi veriləcək

Mərhum jurnalistə Mehdiabadda cümə mərasimi veriləcək

13 Avqust 2011, 14:37

Avqustun 10-da ürək tutmasından vəfat edən 39 yaşlı jurnalist Ceyhun Nağının bu gün 3 mərasimidir. Modern.az-ın məlumatına görə, mərhumun 3 mərasimi torpağa tapşırıldığı doğma kəndində  - Tovuz rayonunun Düz Cırdaxan kəndində keçirilir. Avqustun 25-də isə mərhuma ailəsinin yaşadığı Abşeronun Mehdiabad qəsəbəsində cümə mərasimi veriləcək. Mərasim Dədə Qorqud küçəsi, (Əlillər məhəlləsində) ev 54-də veriləcək. C.Nağı "Yeni Müsavat", "Gündəlik Azərbaycan", “Həftə içi” qəzetlərində çalışıb. Dünyasını dəyişməzdən öncə həmkarımız "Həftə içi"ndə redaktor işləyirdi.

Modern.az  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat