Modern.az

“Azadlıq”ın redaktoru: “Qənimət Zahidin Fransadan qayıtmamasının heç bir səbəbi yoxdur”

“Azadlıq”ın redaktoru: “Qənimət Zahidin Fransadan qayıtmamasının heç bir səbəbi yoxdur”

29 Sentyabr 2011, 13:12

Bir müddət öncə ailəsinin təhlükəsizliyi ilə bağlı Fransaya gedən "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin yaxın vaxtlarda vəzifəsinin başına qayıdacağı bildirilirdi. Lakin indiyədək baş redaktor vətənə qayıdıb, vəzifəsinin icrasına başlamayıb.

“Qənimət Zahidin Fransadan hələ də qayıtmamasının heç bir səbəbi yoxdur. Oktyabrın 10 və ya 15-i ərəfəsində o, vətənə qayıdacaq”. Bu sözləri Modern.az-a açıqlamasında “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov deyib. Bu məlumatın tam dəqiq olduğunu deyən redaktor Qənimət Zahidin maksimum oktyabrın 20-nə kimi Bakıda olacağını bildirib.

Bir müddət əvvəl Türkiyədən Fransaya gedən Qənimət Zahid “Azadlıq” qəzetinə yazdığı məktubda ailəsinin təhlükəsizliyi ilə bağlı belə bir addım atdığını bildirmişdi. O ailəsinin yerləşdirilməsi ilə bağlı texniki məsələləri həll etdikdən sonra yaxın zamanlarda geri qayıdacağını yazmışdı.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat