Modern.az

Modern.az-ın əməkdaşı “Salatın Əsgərova mükafatı” alıb

Modern.az-ın əməkdaşı “Salatın Əsgərova mükafatı” alıb

Media

6 Mart 2012, 08:18

Martın 5-də “Lider” Qadınlar İctimai Birliyi bir qrup jurnalisti Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Salatın Əsgərovanın adını daşıyan mükafatla təltif edib.

“Salatın Əsgərova mükafatı”nın laureatları ictimai birliyin keçirdiyi müsabiqə əsasında müəyyənləşib.

Nəticələrə uyğun olaraq Azərbaycan mətbuatında qadın problemlərinin işıqlandırılmasında və Azərbaycan qadının müsbət obrazının təbliğindəki fəaliyyətinə görə Modern.az saytından Aytən Əliyeva, “Media forum” saytından İmdad Əlizadə, “Reytinq” qəzetindən Seymur Verdizadə, “Ekspress” qəzetindən Aqil Aslan “Salatın Əsgərova mükafatı” ilə təltif ediliblər.

Mükafatları jurnalistlərə “Lider” Qadınlar İctimai Birliyinin sədri, deputat Məlahət İbrahimqızı təqdim edib. Təqdimat mərasimi birliyin ofisində keçirilib.

Müsabiqə “Lider” Qadınlar İctimai Birliyi ilə Parlament Jurnalistlər Birliyinin birgə təşəbbüsü ilə gerçəkləşdırılib.   

 Modern,az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə