 
                                Xəbər verdiyimiz kimi, Milli Televiziya və Radio Şurasının (MTRŞ) dünən keçirilmiş iclasında Nuşirəvan Məhərrəmov qurumun sədri postundan azad edilib, bu vəzifəyə İsmət Səttarov seçilib.
 Bəs eks-sədr Nuşirəvan Məhərrəmov bundan sonra fəaliyyətini harda davam etdirəcək?
 
 MTRŞ-dan Modern.az-a verilən məlumata görə, Nuşirəvan Məhərrəmov Milli Televiziya və Radio Şurasının 6 aprel 2020-ci il tarixli iclasında sədr vəzifəsindən könüllü olaraq gedib. "O, bundan sonra fəaliyyətini Milli Televiziya və Radio Şurasının üzvü kimi davam etdirəcək".
Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının daha 5 üzvü var. Bunlar aşağıdakı şəxslərdir:
Mübariz Elyazov (2017-ci ildə üzvü təyin edilib);
 Məmməd Cəfərov (2017-ci ildə üzvü təyin edilib);
Aslan Xəlilov (2017-ci ildə üzvü təyin edilib);
 Bəxtiyar Qaraca (2019-cu ildə üzv təyin edilib);
 Telli Pənahqızı (2019-cu ildə üzv təyin edilib)
 
 
A.Qorxmaz